Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində cəza çəkən şəxslər arasında profilaktik tədbir keçirilib

  Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu arasında 2022-ci ilə dair təsdiq edilmiş “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 18 iyul tarixində Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində təbliğat və maarifləndirmə xarakterli tədbir keçirilib.

   Tədbirdə YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Bəxtiyar Abbaszadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Məmməd Xasiyev ,Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin və Tibb baş idarəsinin əməkdaşları Mübariz Vəliyev və Oqtay Həsənov, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli mövzu ətrafında çıxışlar edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında məlumat və tövsiyələr vermişlər.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılmışdır. Bundan əlavə tərbiyə müəssisəsinin oxu zalı əyani vəsaitlərlə təmin edilmişdir.




Baxılıb: 145