Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunda “Yay Fest” təşkil edilmişdir.

  Cari ilin 23 və 28 iyul tarixlərdinə Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunda təşkil edilən “Yay Fest”də iştirak edən gənclər arasında təlim keçirilmişdir.

  Təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı çıxış edərək gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat vermiş və  iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən  hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  “Yay Fest” iştirakçılarına təqdim edilmişdir.




Baxılıb: 663