Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyul aylarının yekununa dair məlumat

Сari ilin yanvar-iyul ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6551 cinayət faktı aşkarlanmışdır. Onlardan 2354-ü narkotik vasitələrin qanunsuz satışı, 3841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 289-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 67-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş  3 ton 904 kq 791,79 qr və30130 həb narkotik vasitələrin və psixotrop maddələrin1 ton 737 kq 292,852 qr-nı heroin, 1 ton 231 kq 230,524 qr-nı marixuana, 207 kq 908,831 qr-nı tiryək,20 kq 549,344 qr-nı həşiş,199 qr-nı kokain, 30130 həb metadon, 117 kq 139,337 qr-nı digər narkotik vasitələr və590 kq 471,902 qrpsixotrop maddələr təşkil etmişdir.Həmçinin, göstərilən dövr ərzində 1 kq 604,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə,72707 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülmüşdür.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə4704 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 56 xarici ölkə vətəndaşından 23-ü İran İslam Respublikası, 13-ü Rusiya, 8-i Türkiyə, 7-si Gürcüstan, 1-i Türkmənistan,1-i Qazaxıstan, 1-i Pakistan, 1-i Ukrayna, və 1-i Maldiv vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 940 kq 083,765 qr və 4078 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd  narkotik tərkibli  çətənə bitkisi götürülmüşdür.

2022-ci ilin 7 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı   157 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 842 kq 206,002 qr və 7952 ədəd kapsul müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr  çıxarılmışdır.

2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə  50640 nəfər istiqamətləndirilmişdir.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1963 nəfərindən 1410-nun  istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Cari ilin yanvar-iyul ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 1235 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 148-ni narkotik vasitələrin qanunsuz dövriyyəsi, 516-ı narkotik asılılıqdan müalicə, 571-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 664 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.




Baxılıb: 580