Təhsil müəssisələrində maarifləndirmə işi davam etdirilir

  Yeniyetmələr arasında anti-narkotik təbliğatın daha da gücləndirilməsi və maarifləndirmə tədbirlərinin aparılmasında sosial lövhələrin mühüm rol oynadığını nəzərə alaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 27 ədəd yeni sosial lövhə Bakı şəhər üzrə Təhsil İdarəsinə təqdim olunmuşdur.

   Bununla əlaqədar olaraq, qeyd olunan sosial lövhələrin Bakı şəhəri üzrə fəaliyyət göstərən 27 ümumitəhsil məktəbində quraşdırlması təmin edilmişdir.

    Bununla da cari ilin iyul və avqust ayları ərzində Bakı şəhər üzrə Təhsil İdarəsinə təqdim olunmuş sosial lövhələrin ümumi sayı 46-a çatdırılmışdır.




Baxılıb: 190