Goranboy rayonu ərazisində 1613 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Xocalı rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Goranboy rayonu Erkec kəndindən Mənəşli kəndinə gedən yolun sağ tərəfində "Köhnə Ferma"  adlanan ərazidə, 1,4 ha otlaq sahəsində yabanı halda bitmiş 3585 ədəd, ümumi çəkisi 1613 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 




Baxılıb: 283