Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə cari ilin avqust ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:
- Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair birgə imzalanmış Tədbirlər Planı çərçivəsində YAP Mərkəzi Aparatının və Abşeron rayon təşkilatının birgə təşkilatçılığı ilə “Narkomaniyanın sağlamlığa və ailə dəyərlərinə zərərli təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.
- Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 2, 7, 16 və 17 saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri təşkil olunmuş;
- Cari ilin 03, 11 və 31 avqust tarixlərində Gənclər Fondunun Şamaxı rayonunda təşkil etdiyi “Yayfest” gənclər festivalında təşkil olunmuş “Mən öz gələcəyimi seçirəm” adlı təlimlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları ekspert qismində iştirak etmiş;
- Aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə Abşeron, Binəqədi, Qaradağ və Pirallahı rayonlarında tədbirlər həyata keçirilmiş;
- Gənclər və İdman Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun birgə təşkilatçılığı ilə “Cırtdan” Respublika Uşaq və İstirahət Mərkəzində “Narkomaniya və erkən nigah” mövzusunda maarifləndirici tədbir təşkil edilmiş;
- Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 27 ədəd yeni sosial lövhə Bakı şəhər üzrə təhsil müəssisələrində quraşdırılmışdır. Bununla da cari ilin iyul və avqust ayları ərzində Bakı şəhər üzrə Təhsil İdarəsinə təqdim olunmuş sosial lövhələrin ümumi sayı 46-ya çatdırılmış;
- Həmçinin, xəbərdaredici məlumatlar əks olunan 05 ədəd sosial lövhə Mühafizə Alayında, konvoy taborunda və cəzaçəkmə müəssisələrində quraşdırılmışdır. Bununla da cari ilin iyul və avqust ayları ərzində cəzaçəkmə müəssisələrinə təqdim olunmuş sosial lövhələrin ümumi sayı 23-ə çatdırılmış;
- Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən avqust ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
- Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC,Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.
Beləliklə təşkilati tədbirlərdən əlavə cari ilin avqust ayı ərzində ümumilikdə 13 tədbir, rayon komissiyaları ilə 4 dəyirmi masa, 6 maarifləndirmə tədbiri, “Yayfest” gənclər festivalında təşkil olunmuş 3 təlim təşkil edilmişdir.