Qax rayonu ərazisində 226 kiloqramdan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində  rayonun Qındırğa kəndi ərazisində yabanı halda bitmiş 3000 ədəd, ümumi çəkisi 226 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.

 




Baxılıb: 1071