Xəzər rayonunda narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir təşkil edilmişdir.

   Oktyabr ayının 18-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Elm və Təhsil Nazirliyinin NazirliyininDe-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi ilə birlikdə Xəzər rayonunda Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilmişdir. 

 Tədbirdə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı,  Elm və Təhsil Nazirliyinin  De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri mövzu ilə bağlı çıxış edərək, dinləyicilərə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat verdilər. O cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmanın vacibliyi xüsusilə vurğulandı.

  Sonda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları uşaqlar arasında paylanılmış, o cümlədən məktəbin müəllim heyətinə “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr təqdim edilmişdir.




Baxılıb: 1649