Cari ilin oktyabr ayı ərzində ümumilikdə 37 tədbir təşkil edilmişdir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə cari ilin oktyabr ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq Bakı Slavyan Universitetində “Zərərli vərdişlərə qarşı sosial fəallıq” mövzusunda maarifləndirici tədbir keçirilib.
  •  “Gənclər sağlam həyat tərzini seçir” devizi altında basketbol idman növü üzrə turnirin final mərhələsi keçirilib. Turnirdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandaları mübarizəyə qoşulublar;
  • Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 15 və 16  saylı cəzaçəkmə müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunmuş;
  • Dövlət Komissiyasının İşçi Qrupu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı çərçivəsində Komitə əməkdaşlarına təlim keçirilmiş;
  • Təbliğat və maarifləndirmə işlərinin dahada gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirləlin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədi ilə Gəncə, Mingəçevir, Şəki, Göyçay, Ağdaş, Göygöl, Şəmkir, Zaqatala, Balakən, Qax, Qəbələ və İsmayıllı şəhər/rayonlarda fəaliyyət göstərən komissiya üzvləri ilə görüş təşkil olunmuş;
  • Gənclər Fondu ilə imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə, Mingəçevir, Şəki, Göyçay, Ağdaş, Göygöl, Şəmkir, Zaqatala, Balakən, Qax, Qəbələ və İsmayıllı nümayəndəliklərində təlim keçirilmiş;
  • Valideyn himayəsindən məhrum olmuş sağlam uşaqlar üçün 2 və 11 nömrəli ümumi orta internat məktəblərində narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilmiş; 
  • Sabunçu rayon İcra Hakimiyyəti və Bakı Gənclər Mərkəzi ilə birgə rayonun “Gənclər Mərkəzində” narkomaniya ilə mübarizəyə dair tədbir təşkil edilmiş, eyni zamanda Bakı Gənclər Mərkəzinin sifarişi ilə hazırlanmış “Bir dəfə” adlı  filmin nümayişi təqdim olunmuşdur;
  • Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planın müvafiq bəndinin icra edilməsi məqsədilə Binəqədi, Xətai, Xəzər və Nəsimi rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinə narkomanlıq probleminə dair seminar keçirilmiş;
  • “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyi ilə Narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə təlim təşkil olunmuş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən oktyabr ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

      Beləliklə,cari ilin oktyabr ayı ərzində ümumilikdə 37 tədbir, 1 idman turniri, 8 maarifləndirmə tədbiri, şəhər/rayon komissiyaları ilə  12 dəyirmi masa, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 12 təlim, 4 ümumtəhsil məktəblərinin şagirdləri üçün seminar təşkil edilmişdir.

                            Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu




Baxılıb: 48