Narkomaniyaya qarşı mübarizəyə dair ictimai müzakirələr mövzusunda tədbir keçirilmişdir.

  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi və “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinın təşkilatçılığı ilə “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlaına 2022-ci il üzrə təşkilati-texniki xidmətləri layihəsi çərçivəsində “Narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir.

  Tədbirdə, Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Suraxanı, Pirallah, Qaradağ, Nəsimi rayon İcra Hakimiyyətinin və qeyr-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər. Keçirilmiş görüşdə, narkomaniyanın cəmiyyətə, insanların sağlamlığına  ziyanı və onun  törətdiyi sosial bəlalar barədə fikir mübadiləsi aparılmışdır. Narkomaniyaya qarşı mübarizədə  dövlət və qeyri-hökumət təşkilatları ilə koordinasiya işinin güclənirdirilməsi və  daha effektiv tədbirlərin görülməsi qeyd olunmuşdur.




Baxılıb: 647