"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"na müvafiq olaraq Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Nərimanov rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kooperasiya Universitetində maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini, Dövlət Komissiyasının İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin nümayəndələri, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi və başqaları iştirak edərək mövzu ətrafında çıxış etmişlər.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr və sair barədə ətraflı məlumatlar verilmiş, tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən onda, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara paylanılmışdır.