Göygöl rayonu ərazisində 4 ton 380 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Göygöl rayon polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2022" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Çaykənd kəndi və çay bağı adlanan ərazidən ümumi çəkisi 4380 kq olan 2890 ədəd yabanı halda bitmiş narkotik xassəli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 345