"Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə növbəti maarifləndirici görüş keçirildi

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Sabunçu rayonu Bakıxanov  qəsəbəsi 309 nömrəli tam orta məktəbdə antinarkotik təbliğat istiqamətində "Mən öz gələcəyimi seçirəm" mövzusunda şagirdlərlə məlumatlandırma  xarakterli görüş keçirildi.

Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.

 Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 




Baxılıb: 548