Azərbaycan Dövlət Pedaqoji Universitetində antinarkotik təbliğat çərçivəsində tədbir keçirilmişdir

   Carı ilin 16 dekabr tarixində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Narkotik vasitələrdən istifadənin  risk  amilləri” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir.

  Tədbirdə, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, DİN-nin Səbail rayon Polis İdarəsinin əməkdaşı  iştirak edərək mövzu ətrafında çıxış etmişlər.

  Çıxışlarda narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən gənclərin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir. Daha sonra tələbələri maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparılmışdır.

  Sonda müəllim heyyətinə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça, tələbələrə isə zəruri təbliğat materialları təqdim edilmişdir.




Baxılıb: 973