Şirvanda “Narkomanlığa qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin akt zalında “Narkomanlığa qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur” adlı maarifləndirici tədbir keçirilib.

  Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov, Şirvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov, Şirvan şəhər Polis şöbəsinin rəis müavini Kəmaləddin Məmmədov, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleçinin direktoru Barxudar Barxudarov, Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Mehralıyev, Şirvan “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Əfqan Həsənov, Peşə liseyinin direktoru Elnur Novruzov, İctimai Təhlükəsizlik bölməsinin rəisi Aqşin Məmmədli, Kollecin müəllim və tələbələri iştirak edib.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı dövlət səviyyəsində aparılan mübarizə tədbirlərindən, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə qəbul edilən Qanun və Dövlət Proqramlarının uğurla həyata keçirilməsindən, o cümlədən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının fəaliyyətindən danışıb. Eyni zamanda  təqdimat vasitəsilə narkotiklərin insan orqanizminə mənfi təsiri və ölümcül fəsadları barədə ətraflı məlumat verib.

 Şirvan Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Azər Hüseynov şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyasının gördüyü işləri, narkomanlığın cəmiyyətə ziyanı, onunla mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi,  yeniyetmə və gənclərin sağlam həyat tərzi ruhunda tərbiyə edilməsi, onların sağlam mühitə qaytarılması, müxtəlif zərərli vərdişlərin yayılmasının əleyhinə şəhərin idarə, müəssisə və təşkilatlarında mütəmadi kütləvi tədbirlər təşkil olunduğunu diqqətə çatdırıb.

 Sonra çıxış edən Şirvan şəhər Polis şöbəsinin müavini Kəmaləddin Məmmədov, Şirvan “Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Əfqan Hüseynov, Peşə liseyinin direktoru Elnur Novruzov hazırda narkomanlığın dünyada çox böyük təhlükə olduğunu, “ağ ölümün” gəncləri və gənc ailələri məhv etdiyini, sağlam həyat tərzinin təbliğinin, mənəvi-əxlaqi dəyərlərinin qorunmasının vacibliyini, bununla bağlı  Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətini  vurğulayıblar. Şirvan və Şəhər Polis Şöbəsi tərəfindən narkomaniyaya və narkotiklərn qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlərin həyata keçirildiyini, qısa müddətdə xeyli narkotacirin məsuliyyətə cəlb edildiyini, şəhər ərazisində ictimai sabitliyin təmin olunduğunu qeyd ediblər.

 Tədbirin sonunda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.




Baxılıb: 1012