Cari ilin dekabr ayı ərzində keçirilən tədbirlər.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və iştirakı ilə ötən ilin dekabr ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Dövlət Komissiyasının İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Qaradağ və Pirallahı rayon təşkilatlarının birgə təşəbbüsü ilə “Narkomaniya – cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran təhlükə mənbəyidir” və “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda maarifləndirici tədbirlər keçirilib;
  • Eyni zamanda YAP Mərkəzi Aparatının və  Xətai rayon təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda sərgi təşkil edilmidir. Tədbirin sonunda rəsm əsərlərinin müəllifi olan məktəblilərə sertifikatlar təqdim edilmiş;
  • Təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi, davamlılığının təmin edilməsi, həyata keçirilən tədbirlərin qiymətləndirilməsinin icra vəziyyətinin öyrənilməsi məqsədi ilə Qazax və Gədəbəy rayonlarında fəaliyyət göstərən komissiya üzvləri ilə görüş təşkil olunmuş, həmçinin Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax və Gədəbəy nümayəndəliklərində təlim keçirilmiş;
  • Şirvan, Lənkəran və Salyan şəhər/rayon icra hakimiyyətləri ilə birgə “Narkomanlığa qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur”, “Gələcəyimizi narkomaniyadan xilas edək!” və “Gələcəyimi mən özüm seçirəm” mövzularında  maarifləndirmə tədbirləri keçirilmiş;
  • Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə şöbə və bölmə rəisləri, hərbi hissələrin qərargah rəislərinin köməkçiləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantıda “Psixoaktiv maddələrdən istifadənin risq amilləri” mövzusunda seminar təşkil edilmiş;
  • Müdafiə Nazirliyinin 2 N saylı hərbi hissəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə  maarifləndirmə tədbirləri keçirilmiş;
  • “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə Mədəniyyət Nazirliyinin Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrinin mütəxəssisləri üçün təlim təşkil edilmiş;
  • Səbail rayon İcra Hakimiyyəti ilə birgə  Azərbaycan Dövlət Pedaqoji Universitetində, Abşeron rayon İcra Hakimiyyəti ilə birgə 7 saylı tam orta məktəbdə, Sabunçu rayon İcra Hakimiyyəti ilə birgə 112 saylı tam orta məktəbdə, Turizm və Menecment Universitetinin tələbələri,Zəngilan rayon İcra Hakimiyyəti ilə birgə 9 və 36 nömrəli məktəbin şagirdləri üçün maarifləndirmə tədbirləri keçirilmiş;
  • Dövlət Proqramı”nın 4.4.23-cü və 4.4.24-cü bəndlərinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı çərçivəsində qeyri-hökumət təşkilatlarının əməkdaşlarına təlim keçirilib;
  • Gənclər arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, onları bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirmək məqsədilə “Gələcəyini düzgün qur” şüarı altında “Sabunçu Gənclər Evi”ndə forum təşkil edilmiş;
  •  “Gənclərin Anti-Narkomaniya” ictimai birliyi İşçi Qrupu ilə birlikdə Bakı Biznes və Kooperasiya Kollecində  “Narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilmiş;
  • “Miqrasiya Sahəsinin İnkşafı”  İctimai Birliyi İşçi Qrupu ilə birlikdə  Odlar Yurdu Universitetində və Abşeron rayon 7 saylı tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə”  mövzusunda tədbir təşkil olunmuş;
  • Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən dekabr ayında “Narkotiklər Haqqında Həqiqəti Bilin”, “Marixuana Haqqında Həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı yeni üslubda hazırlanmış zəruri əyani təbliğat materialları təşkil edilən bütün təlim, dəyirmi masa və tədbirlərdə paylanılmış;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

      Beləliklə,ötən ilin dekabr ayı ərzində ümumilikdə 24 tədbir, 18 maarifləndirmə tədbiri, şəhər/rayon komissiyaları ilə  2 dəyirmi masa, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 2 təlim, 1 mədəniyyət müəssisələrinin mütəxəssisləri üçün və 1 qeyri-hökumət təşkilatlarının əməkdaşlarına təlim təşkil edilmişdir.




Baxılıb: 833