Maarifləndirmə tədbirlərinin əhatəsi genişləndirilməkdədir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin və onun tələblərinin izah edilməsi, o cümlədən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər, onların nəticələri və sair barədə əhalini məlumatlandırmaq məqsədi ilə "İki Sahil"lə əməkdaşlıq çərçivəsində qəzetdə rubrika açılmış və aidiyyəti dövlət orqanları tərəfindən göndərilən materiallar 2023-cü ildə də hər həftənin şənbə günü dərc edilməsi nəzərdə tutulmuşdur.

    Ölkədə aparılan anti-narkotik təbliğatın daha da gücləndirilməsi məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  üzvi olan nazirlik, komitə, xidmət və təşkilatlar, həmçinin şəhər və rayon İcra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə  üzrə komissiyalar tərəfindən təqdim olunan məqalələrin qəzetdə dərc olunması təmin ediləcəkdir.




Baxılıb: 805