2023-cü ilin yanvar ayı ərzində ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

  2023-cü ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir.       

   Сari ilin yanvar ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1050 cinayət faktı aşkarlanmışdır. Onlardan 352-si narkotik vasitələrin qanunsuz satışı, 684-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 8-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

   Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş   674 kq 760,289 qr narkotik vasitələrinvə psixotrop maddələrin 218 kq 743,7 qr-nı heroin, 391 kq 912,157 qr-nı marixuana, 12 kq 629,341 qr-nı tiryək, 32 kq 320,25 qr-nı həşiş,    18 kq 944,491 qr-nı psixotrop maddələr, 210,35 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 8970 ədəd həb metadon, çəkisi 1kq 400qr olan 28 ədəd çətənə bitkisi, eləcə də 194,4qr və 1540 ədəd kapsul güclü təsir edən maddə  qanunsuz  dövriyyədən götürülmüşdür.

   Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 631 nəfə cəlb edilmişdir ki, onlardan 18-25 yaşadək 39 nəfər, 26-29 yaşadək 92 nəfər,    30 yaş və ondan yuxarı isə 500 nəfər təşkil edir. Həmin şəxslərdən 611-i kişi, 20-si qadın olmuşdur.Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 11nəfəri xarici ölkə vətəndaşıdır.

  Cinayət məsuliyyətinə cəlb edilmiş 11 nəfər xarici ölkə vətəndaşından 9-u İran İslam Respublikası, 1-i Türkiyə,1-i Rusiya Federasiyası vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 27 kq 335,616 qrmüxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

   148 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 158 kq 470,5 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

   Qanunsuz  dövriyyədən götürülmüş 674 kq  760,289 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 26 milyon 491 min AZN.

   Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 7427 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 178 nəfərindən 118-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  “802” qaynar xətt telefon zəng xidmətinə 98 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 17-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 52-si narkotik asılılıqdan müalicə, 29-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 69 məktub ünvanlanmışdır.

   Belə ki, “802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 




Baxılıb: 601