Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2023-cü ilin yanvar-fevral aylarının yekununa dair məlumat

  Сari ilin yanvar-fevral ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə2035 cinayət faktı aşkarlanmışdır. Onlardan 659-u narkotik vasitələrin qanunsuz satışı, 1350-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması,9-u qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 17-si isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

   Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirəolunmuş  1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddələrin 434 kq 333,824 qr-nı heroin, 804 kq 697,085 qr-nı marixuana, 21 kq 358,739 qr-nı tiryək, 32 kq 372,849 qr-nı həşiş, 58 kq 357,343 qr-nı psixotrop maddələr, 585,45 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 18403 ədəd həb metadon, 33 ədəd çətənə bitkisi, eləcə də 194,4 qr və 1540 ədəd kapsul güclü təsir edən maddə  qanunsuz  dövriyyədən götürülmüşdür.

  Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1194 nəfə cəlb edilmişdir, onlardan 20 nəfəri xarici olkə vətəndaşları olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 20 nəfər xarici ölkə vətəndaşından 10-u İran İslam Respublikası, 6-sı Türkiyə, 2-si Rusiya Federasiyası, 2-si Gürcüstan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 32 kq 459,853 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddələr götürülmüşdür.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 50 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 520 kq 551,788 qr və 18403ədəd həb metadon narkotik vasitələr və1540 ədəd kapsul güclü təsir edən maddə çıxarılmışdır.

   Ümumilikdə, aşkar edilmiş cinayətlərin 48-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən 230 kq 209,1 qr və 190 ədəd metadon narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. 384 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 249 kq 728,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

   2023-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 351 kq 705,29 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 54 milyon 292 min AZN (31 milyon 936  min  ABŞ dolları) kimi qiymətləndirilir.

   Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 12904 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 394 nəfərindən 241-nin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral ayları ərzində1041nəfər yeni qeydiyyata götürülmüşdür. Həmin şəxslərdən 499 nəfəri dispanser, 542 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 26 nəfəri qadındır. 1035 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

  Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 2 ay ərzində İİV-ə 223 nəfər yoluxmuşdur. Onlardan    212 nəfəri Azərbaycan vətəndaşları, 11 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 16 nəfəri  (7,5 %-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.

     2023-cü ilin yanvar-fevral ayları ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 205 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 40-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 100-ü narkotik asılılıqdan müalicə, 65-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 140 məktub ünvanlanmışdır.

    Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

        Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə     üzrə Dövlət  Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu

 

 




Baxılıb: 541