"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın 4.1.23-cü bəndinin icrası ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnal formasında nəşr edilmişdır.
Qeyd olunan hesabatda 2022-ci il ərzində Dövlət Proqramının icrasına dair ümumiləşdirilmiş məlumat, o cümlədən təşkilati tədbirlər, normativ hüquqi bazanın təkmilləşdirilməsi, narkomanlığa qarşı mübarizə sahəsində vətəndaş fəallığının artırılmasına yönələn tədbirlər, hüquq mühafizə orqanları tərəfindən görülmüş işlər, narkotik asılılığı olan şəxslərin müəyyən edilməsi və müalicəsi, bu sahədə aparılan tədqiqatlar, narkomanlığa qarşı təbliğat və profilaktika işinin təşkili, həmçinin qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə aparılan iş öz əksini tapmışdır.