"Biz sağlam gələcəyi seçirik" mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirildi

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Zəngilan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə antinarkotik təbliğat istiqamətində Sabunçu rayonu Zabrat qəsəbəsi 81 nömrəli tam orta məktəbin akt zalında "Bizsağlam gələcəyi seçirik" mövzusunda Zəngilan rayon 9 və 36 nömrəli məktəbin yuxarı sinif şagirdləriilə məlumatlandırma  xarakterli görüş keçirildi.

  Tədbir çərçivəsində narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər, törətdiyi fəsadlar, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsirləri barədə geniş məlumat verilib.

  Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

 




Baxılıb: 726