Astara rayonunda maarifləndirici tədbir keçirilib.

 Cari ilin 10 aprel tarixində  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu  Astara rayon İcra Hakimiyyəti ilə  birgə 2 saylı tam orta məktəbdə “ Biz narkotiklərə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə rayon İcra Hakimiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məsul əməkdaşı iştirak etmişdir.

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

 Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfimdən hazırlannış zəruri təbliğat materalları iştirakçılara paylanmışdır.




Baxılıb: 744