Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illər üçün Tədbirlər Planının müvafiq bəndinin icrası ilə əlaqədar, gənclərlə işləyən mütəxəssislər (müəllimlər, məktəb psixoloqları, gənclər işçiləri, gənclər evlərinin əməkdaşları, mədəniyyət işçiləri və sair) üçün risk qrupunda olanların erkən aşkarlanması və dəstəyin göstərilməsi məqsədi ilə cari ilin 14 aprel tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Sən daha güclüsən"- narkotik vasitələrə və onlardan istifadəyə qarşı məlumatlandırma təlim proqramı təşkil edilib.
Təlimin açılış mərasimində gənclər və idman nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı iştirak ediblər.
Təlimin 2-ci hissəsində Dövlət Komissiyasının İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzin əməkdaşları çıxış edərək, narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumat vermiş, iştirakçıları maraqlandıran suallar ətrafında diskusiyalar aparılmışdır.
Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.