Sabunçu rayonunda maarifləndirici tədbir təşkil olunub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Narkotikə yox de” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə rayon polis şöbəsinin rəis müavini, İcra Hakimiyyətinin şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun və Respublika Narkoloji Mərkəzin  məsul əməkdaşları iştirak etmişdir.

Tədbirdə iştirak edənlər çıxış edərək narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar vermişdir.

Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılmışdır.




Baxılıb: 519