Nərimanov rayonunda maarifləndirici tədbir keçirimişdir.

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dovriyyəsinə Qarşı Mübarizə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu Nərimanov  rayon İcra Hakimiyyəti ilə  birgə 34  saylı tam orta məktəbdə  “Sağlam gələcəyimiz naminə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

 Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Dillər Universitetinin psixologiya kafedirasının və rayon Polis şöbəsinin  məsul əməkdaşları iştirak etmişdir.

 Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış təqdimat əsasında narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asıllıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin  insan orqaniziminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin  asudə vaxtın səmərəli təşkil olunması barədə ətraflı məlumatlar verilmişdir.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 773