Ümumitəhsil məktəblərində anti-narkotik təbliğat işinin gücləndirilməsinə dair tədbirlər planı hazırlanıb

   Anti-narkotik təbliğatın daha da gücləndirilməsi və genişləndirilməsi üçün təhsil müəssisələrində maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Komissiyasının daimi fəaliyyət  göstərən  İşçi Qrupunun təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə 2023- 2024-cü ilə dair birgə Tədbirlər Planı imzalanmışdır.

  Tədbirlər Planı çərçivəsində məktəb psixoloqları üçün təlimlərin, ümumitəhsil məktəblərinin uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllimləri üçün seminar-məşğələlərin, şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

  Eyni zamanda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri maarifləndirici çap məhsullarının, metodik vəsaitlərin, sosial lövhələrin təhsil müəssisələrinə təqdim olunması və şagirdlər arasında paylanılması nəzərdə tutulur.




Baxılıb: 800