“Narkotiklərə yox de, bizimlə birlikdə ol!”

Velosiped idman növü üzrə yürüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planına uyğun olaraq YAP Sumqayıt şəhər təşkilatının və “Gənc velosipedçilər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Narkotiklərə yox de, bizimlə birlikdə ol!” devizi altında velosiped idman növü üzrə yürüş keçirilib. 

Yürüşün keçirilməsində məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaqdır. 

Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Sumqayıt şəhər komissiyasının sədri Teymur Səmədov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, İkiqat Paralimpiya Oyunları çempionu, üçqat dünya çempionu,  səkkizqat Avropa çempionu, Azərbaycanın Əməkdar idman ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Qarabağ müharibəsi qazisi İlham Zəkiyev, “Gənc velosepedçilər” İctimai Birliyinin sədri Nur Axundova və digərləri çıxış edərək narkomaniya ilə mübarizənin daim diqqət mərkəzində olduğunu söyləyiblər. Qeyd olunub ki, bu tədbirin də əsas hədəfi bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdir.
“Narkotiklərə yox de, bizimlə birlikdə ol!” velosiped idman növü üzrə keçirilən yürüşdə “Baku Riders”, “Only Moto”, “Baku trek”, "Sumqayıt" velo klublarının üzvləri, gənclər və Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşları iştirak ediblər.

Sonda yürüş iştirakçılarına fəxri fərmanlarla yanaşı, sertifikatlar və "D"olivo" italyan restoranının, "Hello" İxtisaslaşdırma və İnkişaf Mərkəzinin hədiyyələri təqdim edilib.




Baxılıb: 568