Sağlam gələcəyimiz naminə... - VİDEO

Əsrin bəlasına birlikdə “yox!” deyək”

Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib və bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən  2019–2024-cü illər üçün  22 iyul 2019-cu il tarixində Dövlət Proqramı təsdiq edilib.

Dövlət Proqramından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planı işlənib hazırlanıb.

Tədbirlər Planına uyğun olaraq 2023-cü ilin aprel və may ayları ərzində ölkə üzrə narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları paylanılıb, müəyyən izahatlar verilib.




Baxılıb: 493