Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə yox deyək" mövzusunda tədbir keçirildi.

Bakı şəhər Gənclər  və İdman  Baş İdarəsi və Dövlət Komissiyasının İşçi Qrupununu birgə təşkilatçılığı ilə aidiyyəti qurumların nümayəndələri cəlb edilməklə Sabunçu Gənclər Evində "Sağlam gələcək naminə narkotikə yox deyək" mövzusunda tədbir keçirilmişdir.

Tədbir çərçivəsində narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, yeni növ psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 459