26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun  müvafiq tapşırıq və göstərişinə uyğun olaraq 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

 

  • Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə müvafiq mətnli SMS bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və bilrikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;
  • Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış tədbirlər planının 10-cu bəndinə müvafiq olaraq, “Daha sağlam gələcək naminə!” devizi altında tanınmış şəxslərin, elm və mədəniyyət xadimlərinin, ziyalıların, hərbçilərin, idmançıların, gənclərin iştirakı ilə yürüş marafonu və mədəni-kütləvi konsert proqramının keçirilməsi;
  • Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Gənclər Fondu arasında imzalanmış tədbirlər planına 5-ci bəndinə müvafiq olaraq, ölkə üzrə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 1000 nəfərdən çox olduğu şəhər və rayonlarda silsilə tədbirlərin, təlimlərin və görüşlərin keçirilməsi;
  • Dövlət Komissiyasının İşçi Qrupu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanmış tədbirlər planının 3-cü bəndinə müvafiq olaraq, ümumtəhsil müəssisələrində maarifləndirici görüşlərin təşkili;
  • tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə ali, orta ixtisasvə peşə təhsili müəssisələrində “Biz sağlam gələcəyi seçirik” mövzusunda seminarların və ictimai mühazirələrin təşkil edilməsi;
  • Azərbaycan RespublikasıDaxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiyatablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının nümayişi;
  • maarifləndirici videoçarxların Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;
  • Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planının 27-ci bəndinə müvafiq olaraq, şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar tərəfindən  aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlərin keçirilməsi.                            

 Həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin ediləcəkdir.




Baxılıb: 540