Sumqayıt gəncləri psixoaktiv maddələrin sağlamlığa zərərli təsirləri barədə məlumatlandırılıblar

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq 26 İyun - Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyində təlim keçirilib.

Təlimdə İşçi Qrupunun sektor müdiri çıxış edərək könüllülərin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda təlim iştirakçılarına sertifikatlar, “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça və digər zəruri təbliğat materialları təqdim edilib.




Baxılıb: 1035