“Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında konfrans təşkil edilmişdir.

Cari ilin iyun ayının 23-də “Gənclərin Anti-Narkomaniya” ictimai birliyinin təşkilatçılığı ilə 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Daxili İşlər Nazirliyinin “Xəzri” sağlamlıq və istrahət mərkəzini konfrans salonunda “Narkotikə Yox, Arzularına doğru gedin” şüarı altında konfrans keçirilmişdir. 

Konfransda Gənclərin Anti-Narkomaniya ictimai birliyinin sədri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dini Qurumlar üzrə Dövlət Komitəsinin, Ombudsman aparatının və Qeyri-Hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Təşkil olunmuş görüşdə narkomanlığa və narkotiklərə qarşı mübarizə sahəsində ölkə ərazisində həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verilmiş və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.




Baxılıb: 984