“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” adlı yeni sosial çarx hazırlanıb

  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə  dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” adlı sosial çarx hazırlanmışdır.

   Sosial rolikdə narkotik istifadəçisi olan bir gəncin narkotikdən istifadə etdiyini ailəsindən və yaxınlarından gizlətməyə çalışması təsvir olunmuşdur. Yekun olaraq video çarx “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır" xəbərdaredici şüarları ilə tamamlanmışdır. Maarifləndirici sosial rolikin mediya subyektləri vasitəsilə, eyni zamanda sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.




Baxılıb: 2024