Ağdam rayonu ərazisində 4 tondan artıq yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində 28087 ədəd, ümumi  çəkisi 4 ton 321 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 274