Qax rayon polis şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Qındırğa kəndi ərazisində 6000 ədəd, ümumi çəkisi 1056 kq, Qıpçaq kəndi ərazisində 9000 ədəd, ümumi çəkisi 4212 kq, Kötüklü kəndi ərazisində 3020 ədəd, ümumi çəkisi 1815 kq- bütövlükdə 18020 ədəd və cəmi çəkisi 7 ton 083 kq olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.