Qazax rayonu ərazisində 150 kiloqram yabanı halda bitmiş çətənə bitkisi aşkar olunaraq məhv edilib

Qazax rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq  keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Xanlıqlar kəndi ərazisindən keçən Qazax-Cəfərli avtomobil yolunun kənarında yabanı halda bitmiş 350 ədəd, ümumi yaş çəkisi 150 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 353