“802 qaynar xətt” telefon xidməti ilə bağlı yeni qrafik və dizaynda sosial çarx hazırlanmışdır.

 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə  və  narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.1.10-cu yarımbəndinin icrası ilə əlaqədar, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün yaradılmış “802 qaynar xətt” telefon xidmətinin fəaliyyətini ictimaiyyət arasında geniş təbliğ etmək məqsədi ilə qrafik üsulu ilə yeni sosial çarx hazırlanmışdır.




Baxılıb: 2329