Qəbələ rayonu ərazisində 4 ton 170 kiloqram yabanı halda bitmiş çətənə bitkisi məhv edilib

Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2023” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində rayonun Nic qəsəbəsi ərazisində 11 ha sahədə yabanı halda bitmiş 8100 ədəd, ümumi  çəkisi 4 ton 170 kq  narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilmişdir.




Baxılıb: 1930