“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.35-ci bəndinin icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində narkomanlığın zərəri ilə bağlı hazırlanan 25 ədəd yeni sosial lövhə “20 Yanvar”, “Elmlər Akademiyası”, “Dərnəgül”, “Gənclik”, “Nəriman Nərimanov”, “İnşaatçılar”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Nəsimi”, “Koroğlu”, “Həzi Aslanov” və digər stansiyalarda quraşdırılmış və uzunmüddətli nümayişi nəzərdə tutulmuşdur.