Peşəkarlığın yüksəldilməsi və təcrübə mübadiləsi məqsədi ilə təlim təşkil edilib

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü və 4.4.34-cü bəndlərinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı çərçivəsində 2023-cü ilin 29 sentyabr tarixində qeyri-hökumət təşkilatlarının əməkdaşlarına təlim keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbər müavini və baş məsləhətçisi tərəfindən narkomaniya ilə mübarizə yolları və nəticələri barədə ətraflı məlumat verilib. Müvafiq mövzuda maarifləndirmə işlərinin düzgün aparılmasının vacibliyi vurğulanıb, yetkinlik yaşına çatmayan uşaqlara narkomaniya haqqında məlumat verilməsinin həssasılığından danışılıb. Eyni zamanda  narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları, həmçinin Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış İnteraktiv Xəritənin vacibliyi və əhəmiyyəti barədə geniş məlumat verilib.

Təlim çərçivəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyyələr” adlı kitabça iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 816