Məhv olmuş ömür. Narkotikə YOX de! mövzusunda tədbir keçirilmişdir.

 Car ilin 03 oktyabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi “Məhv olmuş ömür. Narkotikə YOX de!” layihəsi çərçivəsində eyni adlı qısametrajlı filmin təqdimatı keçirilmişdir.

 Tədbirdə, Milli Məclisin üzvüləri,  Narkotizmlə Mübarizə İctimai Birliyinin sədri, Memarlıq və İnşaat Universitetinin prorektoru, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və AzMİU-nun Tələbə həmkarlar təşkilatının sədri çıxış edərək bildirmişlər ki, narkomaniya ümumbəşəri bir problem olaraq, cəmiyyətə öz mənfi təsirini göstərən ən böyük problemlərdən biridir.

  Sonda tələbələrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”,“Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları təqdim edilmişdir.




Baxılıb: 432