Azərbaycan Dövlət Pedaqoji Kollecində maarifləndirici tədbir

  4 oktyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində "İşıqlı gələcəyi qaralmağa qoymayaq, narkomaniyaya yox deyək" mövzusunda görüş keçirilmişdir.

  Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi müvafiq təqdimatla çıxış edərək, narkotik asılılıq probleminə dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

  Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları iştirakçılara təqdim edilmişdir.




Baxılıb: 369