Cari ilin 28 sentyabr tarixində "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Bakı şəhəri, AMEA Mərkəzində "Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi" layihəsi üzrə ictimai müzakirə keçirilmişdir.
Tədbirdə, Qeyr-HökumətFormununrəhbəri, Bakı Qeyri-HökumətTəşkilatlarınınResursvə Təlim Mərkəzinin sədri, Ombudsman Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin daxili nəzarət və monitorinq şöbəsinin Bakı şəhərinin Nizami, Nərimanov, Pirallahı, Nəsimivə Xətai rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları və Qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etmişlər. İctimai müzakirələr çərcivəsində ölkə ərazində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan işlər, həmçinin bu istiqamətdə qarşıda duran vəzifələrə dair dinləmələrdə keçirilmişdir. Bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verilmiş və fikir mübadiləsi aparılmışdır.