Gənclər təşkilatları ilə “Zərərli vərdişlərlə mübarizə” adlı görüş keçirilmişdir

  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasında (NAYORA) gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə “Zərərli vərdişlərlə mübarizə” adlı görüş keçirilmişdir.

  Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri,Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri, Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.




Baxılıb: 634