2022-ci ildən etibarən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun “802” qaynar xətt telefon zəng xidmətinə daxil olan 3136 vətəndaş müraciətinin 433-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1157-sı narkotik asılılıqdan müalicə, 1546-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izahı, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuş və nəticə etibarı ilə 622 nəfər narkoloji tibb müəssisələrində stasionar müalicəyə cəlb olunmuş, inzibati və cinayət xarakterli 305 fakt üzrə isə müvafiq tədbirlər görülmüş və müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılmışdır.
Bununla yanaşı, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısını alınmasında və narkotik asılılıqdan müalicədə “802” qaynar xətt zəng xidmətinə daxil olan müraciətlərin aktivliyini nəzərə alaraq, vətəndaşlar tərəfindənnarkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı müvafiq foto və video materialların göndərilməsi üçün Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda “055-6000-802” mobil telefon nömrəsi vasitəsilə “WhatsApp”,“070-4000-802” nömrəsi vasitəsilə isə “Telegram” hesabları yaradılmışdır.