Gənclər üçün Respublika Narkoloji Mərkəzinə infotur təşkil edilmişdir

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Səhiyyə Nazirliyinin dəstəyi ilə cari ilin 18 oktyabr tarixində gənclər təşkilatlarının nümayəndələri üçün Respublika Narkoloji Mərkəzinə infotur təşkil edilmişdir.

 Tədbirlər Planı çərçivəsində təşkil olunmuş infoturun məqsədi psixoaktiv maddələrdən asılı olan şəxslərin müalicə və reabilitasiyası prosesi barədə ictimai fəal gənclərin məlumatlılıq səviyyəsinin artırmaqdan ibarət olub.

 Respublika Narkoloji Mərkəzinin baş direktor müavini narkoloji mərkəzin fəaliyyəti, stasionar müalicə, intensiv terapiya, ambulator reabilitasiya, opioidlərlə əvəzedici müalicə proqramı, eyni zamanda regionlarda fəaliyyət göstərən narkoloji müəssisələr ilə bağlı görülən işlər və s. barədə tur iştirakçılarına geniş məlumat verib və onları müalicə prosesi ilə tanış ediblər.

 

 

 




Baxılıb: 385