Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış“Narkotik beyində silinməz izlər buraxır” ”Narkotik sərhədiz fəlakətdir” adlı və s. maarifləndirici video çarxlar o cümlədən “802-Qaynar xətt” xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial rolik cari ilin iyul-sentyabr ayları ərzində ölkə üzrə fəaliyyət göstərən televiziya kanallarında 8701 dəfə yayımlanmışdır.
Ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində narkotik vasitələrin fəsadları barədə maarifləndirici videoçarxlar televiziya kanallarında 20239 dəfə nümayiş olunmuşdur.
Əlavə olaraq məlumat üçün bildirilir ki, “802” qaynar xəttinə müraciət edənlər arasında aparılan müvafiq sorğu nəticəsində müəyyən edilmişdir ki, telefon zəng xidmətinin əlaqə nömrəsi əsasən televiziya kanalları vasitəsilə mütəmadi olaraq yayımlanan video çarxlardan və metropolitenin stansiyalarının platforma, keçid, vestibüllərində quraşdırılmış lövhələrdən əldə edilmişdir.