Tələbələr antinarkotik təbliğatın vacibliyi barədə məlumatlandırılıblar

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə “Narkotiksiz həyat” mövzusunda tələbələrlə görüş keçirilmişdir.

 Tədbirdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun rəhbəri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri, Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi çıxış edərək, narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirlərinin səmərəliliyindən, “802” qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat verilib. Tələbələri maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.

 

 




Baxılıb: 523