ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində maarifləndirmə tədbiri keçirilmişdir.

  Cari ilin 01 noyabr tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq, ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci ilə əməkdaşlıq çərçivəsində “Təhsil müəssisələrinin narkomanlığa qarşı mübarizədəki rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

  Tədbirdə, Bakı Neft-Energetika Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı, Gənclər Fondunun, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndələri və Respublika Narkoloji Mərkəzin klinik psixoloqu iştirak edərək, gənclər arasında narkotik vasitələrin istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilmiş, o cümlədən asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb. Sonda tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.

  Sonda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları şagirdlər arasında paylanılmışdır.




Baxılıb: 661