Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına müvafiq olaraq rayon icra hakimiyyəti ilə birgə 01noyabr tarixində Bakı Turizm Peşə Məktəbində maariflədirici tədbir təşkil olunub.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, rayon Polis İdarəsinin və digər aidiyyəti orqanların nümayəndələri həmçinin, Baki şəhəri Narkolojı Mərkəzin psixoloqu çıxış edərək narkotik asılılığı probleminə dair biliklərinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları, “802” qaynar xəttin fəaliyyət istiqaməti barədə geniş məlumat veriblər.
Tədbirdə, həmçinin iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiya aparılıb.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun hazırladığı “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.